Laçının daha 52 sakini doğma yurduna yola düşüb – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. “Report” xəbər verir ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə – 52 nəfər köçürülüb. Bununla da Laçın şəhərində…

ƏTRAFLI

Füzulidə erməni təxribatı: Ordumuz cavab tədbirləri görüb

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

ƏTRAFLI

Erməni jurnalist övladlarını əsgərliyə göndərən valideynlərə səsləndi

“Ermənistan ordusunda “dedovşina”, hərc-mərclik hökm sürür”. Bu fikri özünün “Facebook” səhifəsində keçmiş jurnalist Voskan Sarkisyan yazıb. O, yazısında Ermənistan ictimaiyyətinə səslənərək bildirib ki, hərbi hissələrdə özbaşınalıq, hərbi nizamnamədən kənar münasibətlər hökm sürür və Ermənistan ordusu qeyri-döyüş şəraitində itkilər verməkdə davam edir. “Orduda xidmət edərkən komandirini bıçaqlayan və bu səbəbdən həbsdə yatan Suren Papikyanın rəhbərlik etdiyi…

ƏTRAFLI

Türkiyənin müdafiə nazirinin və Baş Qərargah rəisinin Bakıdakı müzakirələri: Nələr hazırlanır? – TƏHLİL + FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdədirlər. Prezident İlham Əliyev avqustun 27-də Yaşar Güləri, avqustun 28-də isə Metin Gürakı qəbul edib. Müzakirələrdəki gizli gündəliyin izinə düşmək ona görə lazımdır ki, Azərbaycanla Türkiyə yeni mərhələyə hazırlaşırlar. Bu, o səviyyədir ki, regiondakı təhdidlərin miqyası genişlənir və Bakı ilə…

ƏTRAFLI

Azərbaycan hökuməti ölkədən “beyin axını”nın qarşısını almaq istəyir

Azərbaycandan ölkə xaricinə “beyin axını”nın qarşısının alınması nəzərdə tutulur. “Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda öz əksini tapıb. Bundan başqa, strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi də öz əksini tapıb.

ƏTRAFLI

Faxrəddin Yarıyev kimdir? (Təhlil)

Stavropol diyarında Regional Azərbaycanlıların Milli Mədəni Mərkəzi “Odlar Yurdu” Diaspora Təşkilatının Rəhbəri Fəxrəddin Yarıyev və Diaspora Fəaliyyəti Stavropol diyarında fəaliyyət göstərən “Odlar Yurdu” diaspora təşkilatının rəhbəri Fəxrəddin Yarıyev, Azərbaycanlıların milli mədəniyyətinin və identitetinin qorunması üçün mövzuun əsaslarına olan marağını və hörmətini daima nümayiş etdirən böyük bir şəxsiyyətdir. Yarıyev, diaspora üzvlərinin birləşməsinin, milli dəyərlərimizin qorunmasının və…

ƏTRAFLI

Zakir Həsənov Türkiyənin milli müdafiə naziri ilə görüşüb – FOTO/VİDEO

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, sonra…

ƏTRAFLI

Azərbaycan Ordusunun zabiti vəfat edib

Türkiyədə uzun müddət onkoloji xəstəlikdən müalicə olunan Azərbaycan Ordusunun zabiti, 1985-ci il təvəllüdlü tibb xidməti mayoru Rövşən Üzeyir oğlu Məmmədov vəfat edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

ƏTRAFLI

“Milli Kimliyin Qorunması: Rusiyada Təhsil Alan Tələbələr Üçün Əhəmiyyətli Bir Məsələdir”

“Odlar Yurdu” Azərbaycan Milli Mədəni Mərkəzinin prezidenti Fəxrəddin Yarıyev, Rusiyanın Stavropol Vilayətində fəaliyyət göstərən bir mərkəzin təmsilçisi kimi, milli-etnik münasibətlər və mədəniyyət sahəsindəki məsələlərin müzakirə edildiyi bir platformada iştirak etməyə dəvət edilib. Bu dəvəti olduğu kimi sizlərə təqdim edirik: Фахраддин Саррафович, добрый день! Приглашаем Вас принять участие в расширенном заседании консультативного совета по вопросам национально- этнических…

ƏTRAFLI
Translate »